ADA-nın yeni tələbələri və bizi ruhlandıran hekayələr

BeFunky-collage

Yeni qəbul olunmuş abituriyentlərin qeydiyyatı prosesi artıq yekunlaşmaq üzrədir. Bu günlər ərzində bakalavr pilləsində təklif etdiyimiz ixtisaslar üzrə qəbul olan abituriyentlər tələb olunan sənədlərlə birlikdə qeydiyyatdan keçib və tələbə adı ilə yanaşı, tələbə biletlərini də qazanıblar. 

Qeydiyyatı prosesi zamanı diqqətimizi cəlb edən iki əsas məqamı sizinlə də paylaşmaq istərdik. Belə ki, yeni tədris ilində qəbul olan abituriyentlər üçün orta bal göstəriciləri ötən illə müqayisədə artaraq 547 olaraq müəyyənləşib. Bundan başqa, 2018-ci ildə ADA Universitetinə qəbul olan tələbələrin 30 faizindən çoxu qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərən abituriyentlərdir.

IMG_7507.JPGMinurə Hacısoy (Kompüter elmləri, 667bal) və Ramazan İbrahimli (İqtisadiyyat, 690 bal)

Yeni tələbələrimizlə ünsiyyət zamanı bizi ruhlandıran çoxsaylı uğur hekayələrinin də şahidi olduq. ADA heyətinin və professorlarının bölgələrə səfərlərindən və ADA müəllimlərinin müharizələrini dinlədikədən sonra abituriyentlər nəinki universitet seçimində dəqiqləşir, həmçinin ixtisasları və gələcək peşələri barədə də mühim qərarlar qəbul edirlər.

İnformasiya texnologiyaları və mühəndislik məktəbinin müəllim Emin Ələsgərovun Zaqatalada süni intellekt mövzusunda mühazirəsini dinləyən Anar Əliyev qəbul imtahanlarında 646 bal toplayaraq ADA-nın İnformasiya texnologiyaları ixtisasına qəbul olub.

IMG_7123 CroppedAnar Əliyev

Jalə Abdullayeva isə dosent Anar Vəliyevin Mingəçevir məktəblilərinə oxuduğu ictimai idarəetmə barədə mühazirəsindən sonra ixtisas seçimini edib. Qəbul imtahanlarında 690 bal toplayan Jalə artıq ADA Universitetinin Dövlət və İctimai münasibətlər ixtisasının tələbəsidir.

IMG_7331_cut-photo.ruJalə Abdullayeva

Qeyd edilən səfərlər və görüşlər həm də Bakıdan kənarda yaşayan istedadlı abituriyentlərin kəşf olunması və ADA Universitetinə qazandırılması baxımından da olduqca əhəmiyyətlidir.

Digər sevindirici hal ondan ibarətdir ki, ADA Universitetinin bu il ilk tələbələrini qəbul edən yeni ixtisası Hüquqşünaslıq üzrə keçid balı 601 olaraq təyin edilib. Hüquqşünaslıq ixtisası üzrə ADA-ya qəbul olan abituriyentlər arasında üç nəfər 700 bal toplayan tələbə – Zeynəb Quluzadə, Selcan Məmmədli və Xəyyam Sultanlı da var.

IMG_7366Selcan Məmmədli, Zeynəb Quluzadə və Xəyyam Sultanlı

Ümumilikdə qəbul imtahanlarında maksimum nəticə göstərən və ADA Universitetini seçimləri arasında birinci göstərən 5 nəfər abituriyent olub. Onlardan üçü Hüquqşünaslıq, digər iki abituriyent – Cahan Haşimzadə Biznesin idarə edilməsi, Jalə Rəcəbova isə İqtisadiyyat ixtisaslarını seçib.

IMG_7479

Jalə Rəcəbova və Cahan Haşimzadə 

Qeyd edək ki, qəbul imtahanlarında 700 bal toplayan tələbələr ADA Universitetində təhsil haqqından azaddırlar.

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s